Son dəqiqə

Türkiyə ABŞ Suriya Antalya Türkiyə xarici işlər nazirliyi Hakan Fidan Əsəd Həsən Şeybani Marko Rubio

Antalyada üçtərəfli görüş- Suriya naziri tərəfdaşlara təşəkkür edib

BAKI, TurkicWorld

Suriya xarici işlər naziri Əsəd Həsən Şeybani Türkiyə və ABŞ-a təşəkkür edib.

TurkicWorld xəbər verir ki, Suriyanın xarici işlər naziri Əsəd Həsən Şeybani Antalyada keçirilən üçtərəfli görüşün ardından X sosial media platformasında paylaşım edərək Türkiyənin xarici işlər naziri Hakan Fidana və ABŞ dövlət katibi Marko Rubioya məhsuldar və konstruktiv görüşə görə təşəkkürünü bildirib.

O, bu görüşün ABŞ ilə strateji əlaqələrin qurulması istiqamətində əhəmiyyətli bir addım olduğunu vurğulayıb və "bu gün biz ABŞ ilə xalqımızın maraqlarına xidmət edən, regional və beynəlxalq səviyyədə mövcudluğumuzu gücləndirəcək strateji münasibətlərin əsasını qoyduq" – deyə qeyd edib.

Qeyd edək ki, Antalyada baş tutan üçtərəfli görüşdə Suriya, Türkiyə və ABŞ nümayəndələri regional məsələləri müzakirə ediblər.

Mövzuya görə xəbərlər