Türkiyə İsrail ABŞ Suriya Binyamin Netanyahu Donald Tramp Suriya sanksiyalarının ləğvi

İsrail Suriyaya qarşı sanksiyaların davamını istəyir

BAKI, TurkicWorld

İsrail baş naziri Benyamin Netanyahu ABŞ prezidenti Donald Trampdan Suriyaya qarşı tətbiq edilən sanksiyaların davam etdirilməsini tələb edib.

TurkicWorld xəbər verir ki, bu barədə Associated Press agentliyi məsələ ilə bağlı adının açıqlanmasını istəməyən məmura istinadən xəbər yayıb.

Bildirilir ki, Netanyahu apreldə Vaşinqtona səfəri çərçivəsində Trampla görüşündə bu istəyini dilə gətirib.

İddiaya görə, Netanyahu 8 dekabr 2024-cü ildə Əsəd rejiminin devrilməsi ehtimalını nəzərə alaraq, İsrailin Suriyadan mümkün hücum təhlükəsi ilə üzləşəcəyindən narahatdır və buna görə də sanksiyaların aradan qaldırılmasına qarşı çıxıb.

Digər tərəfdən, hazırda Səudiyyə Ərəbistanında rəsmi səfərdə olan ABŞ prezidenti Tramp, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla apardığı danışıqları xatırladaraq Suriyaya qarşı sanksiyaların ləğv ediləcəyini bəyan edib.

Qeyd edək ki, İsrail son illərdə Suriyadakı İran dəstəyi ilə hərəkət edən qüvvələri hədəf alan hava və raket hücumlarını davam etdirir. Rəsmi Tel-Əviv bu tədbirləri öz təhlükəsizliyi naminə zəruri addımlar kimi qiymətləndirir.

Mövzuya görə xəbərlər