Son dəqiqə

Türkiyə ABŞ Suriya Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Donald Tramp sanksiya Əsəd Həsən Şeybani Marko Rubio Suriya sanksiyalarının ləğvi

ABŞ Suriyaya sanksiyaları ləğv edir

BAKI, TurkicWorld

Suriyalı nazir ABŞ sanksiyalarının ləğvi xəbərini canlı yayımda göz yaşları ilə qarşılayaraq, Türkiyəyə xüsusi əhəmiyyətli rolu üçün təşəkkür edib.

TurkicWorld xəbər verir ki, Suriyanın İqtisadiyyat naziri Nidal əl-Şar ABŞ-ın ölkəsinə qarşı tətbiq etdiyi sanksiyaların ləğv olunacağı xəbərini canlı yayımda eşidərək göz yaşlarını saxlaya bilməyib.

Nazir çıxışı zamanı bu qərarın qəbuluna təsir edən ölkələrə – Türkiyə, Səudiyyə Ərəbistanı və Qətərə təşəkkürünü bildirib.

Əl-Şar həmçinin ABŞ prezidenti Donald Trampa da minnətdarlıq edərək onun Körfəz turu çərçivəsində Ər-Riyadda verdiyi açıqlamanı xatırladıb. Tramp çıxışında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığından bəhs edərək, "Ərdoğan və digər hörmətli dostlarımız Suriyaya qarşı sanksiyaların ləğvini istədilər. Biz bu sanksiyaları aradan qaldıracağıq" – deyə bildirmişdi.

Qeyd edək ki, ABŞ dövlət katibi Marko Rubionun bu həftə Türkiyədə Suriyanın yeni xarici işlər naziri Əsəd Həsən Şeybani ilə görüşəcəyi gözlənilir. ABŞ və Suriya arasında bu görüş, sanksiyaların ləğvindən sonra diplomatik əlaqələrin bərpası istiqamətində atılan ilk addım kimi qiymətləndirilir.

Mövzuya görə xəbərlər