Son dəqiqə

Si Cinpin Çin Rusiya Vladimir Putin Dmitri Peskov Moskva Kreml

Si Cinpin Kremldə Putinlə Görüşə Başladı

BAKI, TurkicWorld

Çin Xalq Respublikasının Prezidenti Si Cinpin ilə Rusiya Prezidenti Vladimir Putin arasında görüş baş tutub.

TurkicWorld xəbər verir ki, mərasimin görüntüləri Kremlin rəsmi Telegram kanalında yayımlanıb.

Si Cinpin Moskvaya 7 may axşam saatlarında çatıb. Onun Rusiya paytaxtına səfəri 9 May – Qələbə Günü münasibətilə keçirilən tədbirlərdə iştirak məqsədi daşıyır. Çin liderinin səfəri 10 may tarixinədək davam edəcək.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov daha əvvəl bildirib ki, Si Cinpinin səfərinə Kreml tərəfindən böyük əhəmiyyət verilir və onun Qələbə Günü tədbirlərində iştirakı yüksək dəyərləndirilir.

Kremlin verdiyi məlumata görə, danışıqlar zamanı iki ölkə arasında strateji əməkdaşlıq və beynəlxalq məsələlər üzrə fikir mübadiləsi aparılması gözlənilir.

Mövzuya görə xəbərlər