Son dəqiqə

Fransa etiraz aksiyası 1 May - Beynəlxalq Əmək günü Lion 1 May nümayişi Fransa etirazlar 2025 polis etirazçılar qarşıdurması 1 May Fransa hadisələri Fransa polis müdaxiləsi

Fransada etiraz aksiyasında qarşıdurma yaşanıb

BAKI, TurkicWorld

Lionda 1 May nümayişçiləri ilə polis arasında qarşıdurma yaşanıb.

TurkicWorld xəbər verir ki, Fransanın Lion şəhərində keçirilən 1 May nümayişi zamanı polis ilə etirazçılar arasında gərginlik yaşanıb.

Auvergne-Rhône-Alp regionunun prefekturasının yaydığı məlumatda qeyd olunur ki, bir neçə onlarla aqressiv düşüncəli və maskalı şəxs iki pərakəndə satış məntəqəsini dağıtmağa cəhd edib və hüquq-mühafizə orqanlarının əməkdaşlarına müxtəlif əşyalar atıblar. Polis əməkdaşları asayişi bərpa etmək üçün gözyaşardıcı qazdan istifadə edib və hücum edən şəxsləri ərazidən uzaqlaşdırıb.

Prefekturanın məlumatına əsasən, aksiyada 6,5 min nəfər iştirak edib. Həmkarlar ittifaqları isə iştirakçı sayını 10 min nəfər kimi qiymətləndirib. Nümayiş zamanı 3 nəfər saxlanılıb, üç polis əməkdaşı isə yüngül xəsarət alıb.

Mövzuya görə xəbərlər