Son dəqiqə

Rusiya Vladimir Putin Moskva Ərəb dövlətləri Kreml Oman Rusiya-Ərəb sammiti

Rusiya-Ərəb sammiti 2025-ci ildə keçiriləcək – Putin

BAKI, TurkicWorld

Bu il Rusiya-Ərəb sammiti keçiriləcək – Yeri və vaxtı hələlik bəlli deyil.

TurkicWorld xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin Ukrayna müharibəsi fonunda Qərblə münasibətlərin gərginləşdiyi bir vaxtda bu il ərəb ölkələri ilə birgə sammitin keçiriləcəyini açıqlayıb.

Kreml rəhbəri bu barədə Oman Sultanı Heysəm bin Tariq Əl Səidi ilə görüşündə danışıb. Putinin sözlərinə görə, Rusiya ilə Ərəb Liqası arasında keçiriləcək zirvə toplantısına hazırlıq gedir və sammitin yeri və vaxtı hələlik müəyyən edilməyib.

Putin vurğulayıb ki, “Ərəb dünyasındakı bir çox dostumuz bu təşəbbüsə müsbət yanaşır” və Oman Sultanını da tədbirə dəvət edib.

Qeyd edək ki, bu görüş Oman Sultanının Rusiyaya ilk səfəri olub və Qətər əmiri Şeyx Təmim bin Həməd Al Taninin Moskvaya səfərindən bir neçə gün sonraya təsadüf edir.

Rusiya prezidenti iki ölkə arasında logistika, nəqliyyat, investisiya və kənd təsərrüfatı sahələrində əməkdaşlığın genişləndiriləcəyinə ümid etdiyini deyib. O, xüsusilə enerji sahəsində əlavə addımlar atmağın mümkünlüyünü də qeyd edib.

Qeyd edək ki, Rusiya Ukraynadakı müharibədən sonra Qərb sanksiyaları ilə qarşılaşdıqdan sonra Asiya, Afrika və Ərəb dünyası ilə münasibətləri genişləndirmək strategiyasına üstünlük verir. Bu baxımdan sammit Moskvanın Yaxın Şərqdəki mövqelərini gücləndirmək üçün mühüm addım hesab olunur.

Mövzuya görə xəbərlər