Son dəqiqə

Fransa Emmanuel Makron Almaniya Vatikan Roma papası Fransisk Olaf Şolts Frederix Merz Papa Fransisk vəfat etdi

Şolts Papa Fransiskin vəfatı ilə bağlı başsağlığı verib

BAKI, TurkicWorld

Almaniya Kansleri Olaf Şolts, Roma Papası Fransiskin vəfatı ilə bağlı başsağlığı verib.

TurkicWorld xəbər verir ki, o, bu barədə X sosial media hesabında paylaşım edib.

Həmçinin Almaniyanın gələcək kansleri olan, Frederix Merzdə X sosial media hesabı üzərindən Papa Fransiskin ölümü ilə əlaqəli başsağlığı mesajı yayımlayıb.

Bundan əvvəl Fransa Prezidenti Emmanuel Makron Katolik Kilsəsinin rəhbərinin vəfatı ilə bağlı başsağlığı mesajı yayımlayıb.

Qeyd edək ki, Papa Fransisk 21 aprel tarixində, səhər saatlarında vəfat edib. O, 88 yaşında idi.

Mövzuya görə xəbərlər