BAKI, TurkicWorld
Hong Kong Post ABŞ-a paket göndərilməsini dayandırır.
TurkicWorld xəbər verir ki, Hong Kong Post ABŞ-a poçt bağlamalarının qəbulunu dayandıracağını elan edib.
Bu addım ABŞ prezidenti Donald Trampın Çin mənşəli məhsullara tətbiq etdiyi tariflərin artırılmasına cavab olaraq atılıb.
Qurumun yaydığı açıqlamada qeyd olunub ki, Birləşmiş Ştatlara heç bir gömrük rüsumu tətbiq edilməyəcək və bu səbəbdən ABŞ-a yerüstü poçt – yəni hava və quru yolları ilə göndərilən paketlərin qəbuluna dərhal son qoyulacaq. Eyni zamanda, 27 aprel tarixindən etibarən hava poçtu ilə göndərilən bağlamalar da qəbul edilməyəcək.
Qeyd edək ki, ABŞ-Çin ticarət müharibəsi fonunda poçt xidmətlərinə də təsir edən qərarlar iki ölkə arasında gərginliyin daha da artdığını göstərir. Hong Kong Post-un bu addımı, ABŞ bazarına çıxışı çətinləşdirəcək və ticarət dövriyyəsinə birbaşa təsir göstərəcək.







