Son dəqiqə

Bill Qeyts Microsoft xeyriyyəçilik var-dövlət miras

Bill Qeyts var-dövlətini uşaqlarına buraxmayacaq

BAKI, TurkicWorld

“Övladlarım sərvətimin yalnız 1 faizini alacaq”

TurkicWorld xəbər verir ki, texnologiya nəhəngi Microsoft-un həmtəsisçisi və keçmiş baş direktoru Bill Qeyts 101,2 milyard dollarlıq sərvətinin övladlarına çox cüzi bir hissəsini buraxacağını açıqlayıb.

Qeytsin sözlərinə görə, bu qərar övladlarının öz yollarını tapmaları və sərvətə bağlı olmamaları üçün verilib.

69 yaşlı milyarder bildirib ki, qızı Cennifer (28 yaş), oğlu Rori (25 yaş) və kiçik qızı Fibi (22 yaş) yalnız ümumi sərvətinin 1 faizindən də azını miras alacaqlar. “Onlar gözəl tərbiyə və təhsil aldılar, lakin sərvətin qalan hissəsi cəmiyyətə xeyir vermək üçün xeyriyyəçiliyə yönələcək” – deyə Qeyts qeyd edib.

Qeyd edək ki, bu qərarı ilə Bill Qeyts “sülalə var-dövləti” yaratmaq əvəzinə, uşaqlarına öz uğurlarını qazanmaq üçün azadlıq vermək niyyətində olduğunu vurğulayıb. Onun sözlərinə görə, texnologiya sahəsində uğur qazanan bir çox iş adamı da sərvətlərini paylaşmaq və bağışlamaq yolunu seçir.

Mövzuya görə xəbərlər