BAKI, TurkicWorld
Myanmada baş verən 7,7 və 6,4 bal gücündə zəlzələlər nəticəsində ölənlərin sayı 3003-ə, yaralıların sayı isə 4639-a çatıb.
TurkicWorld xəbər verir ki, martın 28-də baş verən güclü yeraltı təkanlar genişmiqyaslı dağıntılara səbəb olub.
Dövlət televiziyasının məlumatına görə, ölkə ərazisində yollar, körpülər və binalar uçub, minlərlə insan həyatını itirib və yaralanıb.
Rəsmi qurumlar yardım və xilasetmə işlərinin intensiv şəkildə davam etdiyini bildirir. Aprelin 22-dək müvəqqəti atəşkəs elan edilib və bu müddət ərzində yenidənqurma və humanitar yardımların koordinasiyası nəzərdə tutulub.
Qeyd edək ki, bölgədə yeraltı təkanların davam etməsi xilasetmə əməliyyatlarını çətinləşdirir.