BAKI,TurkicWorld
ABŞ Prezidenti Donald Tramp, TikTok-un ABŞ əməliyyatlarını satmaq üçün razılaşma müqabilində Çinlə tarifləri azaltmağa hazır olduğunu bildirib.
TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, Tramp, TikTok-un biznesinin satışında Çin tərəfinin də rol oynayacağını və bunun müqabilində tarif endirimləri və ya başqa güzəştlər verə biləcəyini açıqlayıb.
Bu razılaşma, ABŞ qanununun TikTok-un ABŞ filialına Çindəki ana şirkəti ByteDance ilə əlaqələri kəsməsini tələb etdiyi bir vaxtda irəli sürülüb. Həmin qanun TikTok-u ABŞ-da qadağan etməyə şərait yaratmışdı.
Tramp, ByteDance-ə ABŞ-dakı əməliyyatlarını satmaq üçün 75 günlük bir güzəşt müddəti tanıyıb. Aprelin 5-də başa çatacaq bu müddət ərzində satış baş tutmasa, TikTok ABŞ-da qadağan edilə bilər.
Qeyd edək ki, Tramp, Çinlə ticarət müharibəsi çərçivəsində son zamanlarda Çin idxalına tarifləri artırıb və Çin də ABŞ-ın kənd təsərrüfatı məhsullarına qarşı tariflər tətbiq edib.