Son dəqiqə

Avropa İttifaqı İtaliya Suriya humanitar yardım Əhməd Əl-Şaraa

İtaliya Suriyaya 68 milyon avro dəyərində yardım ayırıb

BAKI,TurkicWorld

İtaliya Suriyaya 68 milyon avro dəyərində yardım ayırıb.

TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki , İtaliya xarici işlər naziri Antonio Tajani Suriyada humanitar layihələrin maliyyələşdirilməsi və infrastrukturun bərpasına dəstək üçün 68 milyon avro yardım ayırdıqlarını açıqlayıb.

Tajani parlamentdəki çıxışında Suriyada keçidin dəstəklənməsinin vacibliyini vurğulayaraq, yardımın ilk paketinin xəstəxanalar və səhiyyə sektoruna, infrastrukturun gücləndirilməsinə və qida tədarükü zəncirlərinə yönəldiləcəyini bildirib. O, yaxın həftələrdə yeni əməkdaşlıq layihələrinin başlayacağını və Suriyanın yenidən qurulmasına dair biznes forumun təşkil olunacağını da qeyd edib.

Qeyd edək ki, Tajani, həmçinin Suriya prezidenti Əhməd əl-Şara administrasiyasının İslam hüququnun ölkədə mərkəzi rol oynamağa davam edəcəyini nəzərdə tutan konstitusiya bəyannaməsinə toxunaraq, bunu "müsbət addım" kimi qiymətləndirib. O, sanksiyaların "proqressiv və ehtiyatlı" şəkildə yumşaldılmasının ölkə iqtisadiyyatının bərpasına töhfə verəcəyini bildirib.

Aİ ölkələri Suriyaya qarşı bir sıra sanksiyaları, o cümlədən enerji, bankçılıq, nəqliyyat və yenidənqurma sahələrindəki məhdudiyyətləri dayandırıb. Martın əvvəlində Avropa Birliyinin təşkil etdiyi konfransda suriyalılara keçid dövrünün çətinliklərini aradan qaldırmaq üçün 5,8 milyard avro yardım ayrılacağı vəd edilib.

Mövzuya görə xəbərlər