Son dəqiqə

Fransa Rusiya Ukrayna Vladimir Putin Emmanuel Makron Volodimir Zelenski

Makron, Ukraynaya 2 milyard avro əlavə hərbi yardım ediləcəyini açıqladı

BAKI,TurkicWorld

Fransa Prezidenti Emmanuel Makron, Ukraynaya 2 milyard avro əlavə hərbi yardım vəd edib.

TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, bu açıqlama, Ukraynanın uzunmüddətli təhlükəsizliyi ilə bağlı cümə günü səhər keçiriləcək beynəlxalq sammitdən əvvəl, çərşənbə günü axşam Parisdə keçirilən mətbuat konfransı zamanı verilib.

Yeni paket, Milan tank əleyhinə raketləri, Mirage döyüş təyyarələri üçün MICA raketləri, Mistral hava müdafiə raketləri, zirehli nəqliyyat vasitələri, sursat və pilotsuz uçuş aparatları kimi bir sıra hərbi avadanlıqları əhatə edir.

Makron, həmçinin cümə günü Parisdə dünya liderləri ilə keçiriləcək sammitdə "Ukraynanın silahlı qüvvələrinin gələcək formatı" məsələsinin müzakirə olunacağını vurğulayıb.

Görüşlərin məqsədi Ukraynanın yeni hücumlara qarşı müqavimət göstərə biləcək və uzunmüddətli təhlükəsizliyini qoruyacaq bir qabiliyyətdə qalmasını təmin etməkdir.

Makron, sülhməramlı qoşunların yerləşdirilməsi kimi mürəkkəb bir mövzuda bu cür qüvvələrin ön cəbhədə yerləşməyəcəyini açıqlayıb.

Fransız liderə görə, Ukraynanın ordusunun gücləndirilməsi əsas prioritetdir, ön cəbhədə fəaliyyət göstərəcək sülhməramlı qoşunların yerləşdirilməsi isə ikinci dərəcəli bir tədbir olaraq nəzərdən keçirilə bilər. Bu qoşunlar "strateji şəhərlərdə" və ya "bazalarda" yerləşdirilə bilər.

Mövzuya görə xəbərlər