Son dəqiqə

ABŞ Donald Tramp

ABŞ-da seçki qaydaları sərtləşdirilir

BAKI, TurkicWorld

ABŞ prezidenti Donald Tramp yeni sərəncam imzalayaraq federal seçkilərdə səs vermək üçün vətəndaşlıq sənədinin təqdim olunmasını məcburi edib.

TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, Trampın imzaladığı sərəncama əsasən, federal seçkilərdə təhlükəsizliyi artırmaq məqsədilə seçici qeydiyyatı zamanı vətəndaşlıq sənədi tələb olunacaq. Tramp bu qərarın seçkilərin şəffaflığını təmin edəcəyini bildirib.

Qeyd edək ki, Tramp sərəncamla bağlı açıqlamasında “Bəziləri düşünə bilər ki, seçkidə böyük fərqlə qalib gəldiyimiz üçün şikayət etməməliyik. Amma biz seçkiləri qaydasına salmalıyıq” sözlərini işlədib.

Mövzuya görə xəbərlər