ABŞ Rusiya Ukrayna Donald Tramp

Ukraynadakı münaqişənin həlli üzrə irəliləyiş var - Tramp

BAKI, TurkicWorld

Ukraynadakı münaqişənin həlli üzrə danışıqlarda irəliləyiş əldə olunub.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib.

"Düşünürəm ki, biz bu danışıqlarda irəliləyiş əldə edirik. Ancaq tərəflər arasında pis niyyətlər var", - deyə Tramp, Ukraynakı son vəziyyəti şərh edərkən deyib.

O, həmçinin bildirib ki, Rusiya Prezidenti Vladimir Putinlə bu yaxınlarda Moskvanın Pxenyan və Tehrandan silah-sursat alması mövzusunu müzakirə etməyib.

Xatırladaq ki, daha öncə ABŞ və Rusiya Qara dənizdə təhlükəsiz gəmiçiliyin təmin edilməsi və güc tətbiqinin istisna edilməsi barədə razılığa gəliblər.

ABŞ və Rusiya, həmçinin, prezidentlər arasında əldə olunan, enerji infrastrukturuna zərbələrin qadağan edilməsinə dair razılığa gəliblər.

Bununla yanaşı, Ağ Ev bildirib ki, ABŞ, Rusiyanın kənd təsərrüfatı məhsullarının və gübrələrin ixracı üçün dünya bazarına çıxışını bərpa etməyə kömək edəcək.

"ABŞ, Rusiyanın kənd təsərrüfatı məhsulları və gübrə ixracı üçün dünya bazarına çıxışının bərpasına, dəniz sığortası xərclərinin azaldılmasına, eləcə də bu tip ticarət əməliyyatları üçün limanlara və ödəniş sistemlərinə çıxışın təmin olunmasına yardım göstərəcək", – deyə məlumatda qeyd olunub.

Digər tərfdən isə, Ukrayna, Qara dənizdə təhlükəsiz gəmiçiliyin təmin olunması və enerji infrastrukturuna zərbələrin tamamilə qadağan olunması ilə bağlı ABŞ ilə razılığa gəldiyini təsdiqləyib.

Mövzuya görə xəbərlər