BAKI, TurkicWorld
İsrail Baş naziri Benyamin Netanyahunun sözçüsü Elizer Feldştayn və müşaviri Yonatan Uriç həbs edilib.
TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, bu barədə İsrailin dövlət televiziyası KAN məlumat yayıb.
Məlumata əsasən, həbs qərarı, israilli iş adamı Gil Bilgerin, Qətər tərəfindən işə götürülmüş ABŞ vətəndaşı vasitəsilə Feldştayna pul ötürdüyünün ortaya çıxmasından sonra verilib.
İstintaq çərçivəsində hər iki şəxs “xarici agentlə əlaqə qurmaq” və “çirkli pulların yuyulması” kimi ittihamlarla üzləşib. İki həftə öncə istintaq üçün saxlanılıb sorğu-sual edilən Uriç evindən alınıb və həbs olunub. Feldştayn isə məxfi sənədlərin sızdırılması işi üzrə istintaqa cəlb olunub və ona qarşı ev dustaqlığı qərarının davam etdirildiyi bildirilib.
İsrail Baş Prokurorluğunun razılığı ilə Baş nazir Netanyahu da ifadəyə çağırılıb. Ona bu gün və ya başqa bir tarixdə ifadə vermək imkanı təqdim edilib, lakin Netanyahu bu gün ifadə verməyi seçib.