Son dəqiqə

Donald Tramp Husilər

Husilərin hərbi obyektlərinə zərbələr endirməyə davam edəcəyik - Tramp

Bakı, TurkicWorld

Nə qədər ki, Husilər gəmiçilik üçün təhlükə törətməyə davam edəcəklər, onlara zərbələr endirməyə davam edəcəyik.

TurkicWorld xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp deyib.

“Biz onlara hər gün və hər gecə zərbələr endiririk – getdikcə daha güclü şəkildə. Onların gəmiçiliyə və regiona təhlükə yaradan hərbi obyektləri sürətlə məhv edilir. Hücumlarımız, onlar dənizdə sərbəst gəmiçiliyə təhlükə yaratmaqdan əl çəkməyənədək davam edəcək”, – deyə Tramp bildirib.

Bundan əvvəl ABŞ Hərbi Hava Qüvvələri, Yəmənin paytaxtı Səna şəhərində yerləşən Husilərin Əd-Dayləmi hərbi hava bazasına bir neçə hava zərbəsi endirmişdi.

Xatırladaq ki, ABŞ rəsmi olaraq Husiləri terror təşkilatları siyahısına daxil etmişdi.

Mövzuya görə xəbərlər