BAKI, TurkicWorld
Ötən həftə Litvada keçirilən təlimlər zamanı itkin düşən üç amerikalı hərbçinin həlak olduğu bildirilib.
TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, bu barədə Litva prezidenti Gitanaus Nausedanın mətbuat xidməti məlumat yayıb.
“Məşqlər zamanı amerikalı hərbçilərin həlak olması xəbərini dərin kədər və hüznlə qəbul edirik. Onların ölümü təkcə amerikalı xidmət yoldaşları üçün deyil, həm də Litva ordusu üçün ağır bir itkidir”, – deyə açıqlamada qeyd olunub.
Qeyd edək ki, ABŞ-ın Avropa və Afrika üzrə Birləşmiş Komandanlığı hərbiçilərin ölüm faktını təsdiqləyib. Dördüncü hərbçinin axtarışları isə davam edir.