Son dəqiqə

ABŞ Kanada Castin Trüdo Donald Tramp

Kanada 51-ci ştat olmalıdır - ABŞ ticarət naziri

Bakı, TurkicWorld

ABŞ-ın ticarət naziri Hovard Lutnik Kanada və ABŞ iqtisadiyyatlarını birləşdirməyin ən yaxşı yolunun Kanadanın ABŞ-ın 51-ci ştatına çevrilməsi olduğunu bildirib.

TurkicWorld Azervoice-a istinadən xəbər verir ki, Fox Business-in "Varney & Co" proqramında çıxış edən Lutnik, Kanada ilə ABŞ-ın iqtisadi inteqrasiyasının bu yolla daha səmərəli ola biləcəyini vurğulayıb.

Onun sözlərinə görə, Kanadanın ABŞ-ın tərkibinə daxil olması ölkəyə inanılmaz üstünlüklər qazandıra bilər.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp da daha əvvəl dəfələrlə Kanadanın 51-ci ştat kimi ABŞ-a qoşulmalı olduğunu bəyan edib. O, hətta Kanadanın baş naziri Castin Trüdonu “qubernator” adlandırıb və kanadalıların ABŞ-ın bir hissəsi olmaq istədiyini iddia edib.

Mövzuya görə xəbərlər