Bakı, TurkicWorld
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Rusiyanın Marseldəki Baş Konsulluğunda baş verən partlayışın “terror hücumu” əlamətləri daşıdığını bildirib.
TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, o, Fransadan bu hadisə ilə bağlı hərtərəfli araşdırma aparmaq üçün təcili tədbirlər görməsini tələb edib.
Zaxarova, partlayışın ciddi narahatlıq doğurduğunu və Moskvanın bu məsələ ilə bağlı Fransa hökumətindən cavab gözlədiyini vurğulayıb.
Kremlin sözçüsü Dmitri Peskov isə hadisə ilə əlaqədar Rusiyanın “dost olmayan” ölkələrdəki diplomatik nümayəndəliklərində təhlükəsizlik tədbirlərinin gücləndirilməsinin vacibliyini qeyd edib.
Rusiyanın Fransadakı konsulluğunda partlayış baş verib