Bakı, TurkicWorld
Rusiya xarici işlər naziri Sergey Lavrov, beynəlxalq gərginliyə baxmayaraq, Moskva və Ankara arasında bütün sahələrdə əlaqələrin davam etdiyini vurğulayıb
TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki , onun sözlərinə görə, prezident Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan daimi təmasdadır.
Lavrov Ukrayna münaqişəsinə toxunaraq, müharibənin səbəbləri aradan qaldırılmadan onun dayandırılmasının mümkün olmadığını qeyd edib. O, ABŞ-la Ər-Riyadda keçirilən danışıqlarda fikir ayrılıqlarının mövcud olduğunu da əlavə edib.
"ABŞ tərəfdaşlarımızla danışıqları davam etdirəcəyik. Əgər danışıqlar qənaətbəxş nəticə versə, Ukraynadakı hərbi əməliyyatları dayandıra bilərik." - deyə o bildirib.
Lavrov həmçinin İstanbulda keçirilən sülh danışıqlarının ABŞ tərəfindən dəstəklənmədiyini, keçmiş Böyük Britaniya Baş Naziri Boris Consonun Ukraynanın həmin razılaşmanı imzalamasına mane olduğunu iddia edib.
Rusiyanın ABŞ-dakı səfirliyinin fəaliyyətinə dair məsələlər də gündəmdədir. Lavrov bu həftə geniş məsləhətləşmələrin aparılacağını və süni maneələr olmadan səfirliyin işinin bərpa ediləcəyinə ümid etdiyini bildirib.







