Bakı, TurkicWorld
Rusiya ABŞ-ın Ukraynada sürətli atəşkəs əldə etmək cəhdlərini yüksək qiymətləndirsə də, bunu Moskva üçün qəbuledilməz hesab edir.
TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyi bu cür atəşkəsin uzunmüddətli həll olmadan yalnız hərbi əməliyyatların yenidən başlanmasına və Rusiya-Amerika münasibətlərində ciddi nəticələrə gətirib çıxaracağına inanır.
"Biz əminliklə deyə bilərik ki, Amerika tərəfi sürətli atəşkəsə doğru irəliləmək istəyir. Lakin uzunmüddətli həll yolu olmadan bu, yalnız müharibənin yenidən qızışmasına və daha ciddi nəticələrə səbəb ola bilər, o cümlədən Rusiya-Amerika münasibətləri üçün." - deyə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov məsələ ilə bağlı açıqlamasında deyib/
Ryabkov vurğulayıb ki, Moskva bu ssenarinin qarşısını almaq istəyir və hər hansı atəşkəsin davamlı sülhə gətirib çıxarmalı olduğunu düşünür.







