Son dəqiqə

ABŞ Ukrayna Vladimir Zelenski Donald Tramp

Zelenski müharibəni üç il əvvəl bitirməli idi - Tramp

Bakı, TurkicWorld

ABŞ prezidenti Donald Tramp Ukrayna prezidenti Volodimir Zelenskini tənqid edərək, Ukraynanın Səudiyyə Ərəbistanında keçirilən ABŞ-Rusiya danışıqlarına dəvət edilməməsi ilə bağlı açıqlamalarına sərt reaksiya verib.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, Tramp müharibə ilə bağlı Ukraynanın daha əvvəl bitirə biləcəyini, lakin Co Bayden administrasiyasının dəstəyi ilə bunu etmədiyini bildirib.

"Bu gün eşitdim ki, "Bizi dəvət etməmişdilər" deyirlər. Siz üç ildir ki, orada idiniz, bunu üç il əvvəl bitirməli idiniz. Buna heç vaxt başlamamalı idiniz. Mən Ukrayna üçün müqavilə bağlaya bilərdim, demək olar ki, bütün ərazilərini onlara verə bilərdim. Amma onlar bunu belə etməməyi seçdilər. Prezident Baydenin bu mövzuda nə qədər səhv hərəkət etdiyinə dair fikri yox idi." - deyə Tramp bildirib.

Tramp müharibənin səbəbkarı kimi yalnız Rusiyanı günahlandırmayaraq, həm Baydenin, həm də Zelenskinin zəif liderlik nümayiş etdirdiyini iddia edib.

Tramp, avropalı sülhməramlıların Ukraynada yerləşdirilməsinə açıq olduğunu və bu təklifi dəstəklədiyini bildirib.

O, Fransa və İngiltərənin bu ideyanı dəstəklədiyini vurğulayaraq, Ukraynada əsgərlərin yerləşdirilməsinin “gözəl jest” olacağını deyib.

Tramp Ukraynada uzun müddətdir seçkilərin keçirilmədiyini və Zelenskidən xalqın narazı olduğunuda iddia edib.

"Ukraynada seçki keçirməmişik. Bu, Rusiya ilə bağlı deyil. Bu, məndən və bir çox başqa ölkələrdən gəlir. Ukraynanın şəhərləri sözün əsl mənasında Qəzzaya bənzəyir. İnsanlar bundan beziblər. İnsanlar nəyinsə baş verdiyini görmək istəyir", – deyə Tramp bildirib.

Sonda Tramp ABŞ qoşunlarını Avropadan çıxarmaq niyyətində olmadığını açıqlayıb və Avropanın təhlükəsizliyi üçün ABŞ-ın vacib rol oynadığını vurğulayıb.

Mövzuya görə xəbərlər