Son dəqiqə

Suriya Qətər

Suriya və Qətər aviasiya sahəsində anlaşma memorandumu imzalayıb

Bakı,TurkicWorld

Suriya Mülki Aviasiya İdarəsi ilə Qətər Mülki Aviasiya İdarəsi arasında əməkdaşlığın gücləndirilməsi məqsədilə anlaşma memorandumu imzalanıb.

TurkicWorld xəbər verir ki, anlaşma memorandumu mülki aviasiya xidmətləri, o cümlədən aeronaviqasiya xidmətləri və infrastruktur sahəsində əməkdaşlığın gücləndirilməsi, eləcə də təlim və inkişaf sahələrində birgə işlər daxil olmaqla əsas maddələrdən ibarətdir.

Suriya nümayəndə heyəti Qatar Airways əməliyyatlarının idarə edilməsi mərkəzinə baş çəkib və Suriya Hava Yolları ilə Qatar Airways arasında əməkdaşlıq müzakirə edilib.

Qətər tərəfi Suriya mülki aviasiya personalı və Suriya Hava Yollarının əməkdaşlarını Qətərdə öyrətməyə hazır olduğunu bildirib.

Qatar Airways 2024-cü ilin dekabrında Əsəd rejiminin süqutundan sonra yanvarın 7-də yenidən açılan Dəməşq Beynəlxalq Hava Limanına kommersiya uçuşları həyata keçirən ilk beynəlxalq aviaşirkət oldu.

Qeyd edək ki, 27 noyabr 2024-cü ildə Hələbin qərb çölündə Bəşər Əsəd rejimi qüvvələri ilə toqquşan müxaliflər dekabrın 8-də paytaxt Dəməşqə nəzarəti ələ keçirib və ölkədə 61 illik Baas rejimi devrilib.

Mövzuya görə xəbərlər