Bakı, TurkicWorld
İtaliya Fələstin xalqına humanitar yardım proqramı çərçivəsində hərəkətə keçib
TurkicWorld AzerVoice -ə istinadən xəbər verir ki, İtaliya Xarici İşlər Nazirliyinin verdiyi açıqlamaya görə, Qəzzada xərçəngdən əziyyət çəkən 14 fələstinli uşaq müalicə olunmaq üçün ailələri ilə birlikdə İtaliyaya aparılır.
Uşaqlar və onların ailələri artıq Misirin Qahirə şəhərindəki İtalyan Xəstəxanasına köçürülüb və ilkin sağlamlıq yoxlamalarından keçib və sabah İtaliya Hərbi Hava Qüvvələrinə məxsus təyyarə ilə Romaya gətiriləcəklər.
Uşaqlar İtaliyanın müxtəlif şəhərlərindəki xəstəxanalarda müalicə alacaqlar.