Bakı, TurkicWorld
Küveytin baş naziri Əhməd Abdulla əl-Sabah, ABŞ-ın keçmiş prezidenti Donald Trampın öz maraqlarına xidmət edən qərarlar qəbul etdiyini və bunun dünya iqtisadiyyatlarına ciddi təsir göstərəcəyini bildirib.
TurkicWorld AzerVoice -ə istinadən xəbər verir ki, Küveyt mətbuatının məlumatına görə, baş nazir Sabah Dubayda keçirilən 2025-ci il Dünya Hökumətləri Zirvəsi (WGS 2025) çərçivəsində çıxış edib.
O, qlobal iqtisadiyyatın inkişafı ilə bağlı dialoq sessiyasındakı müzakirələrdən məmnunluğunu ifadə edərək, süni intellektin təhlükələri və onun dünya iqtisadiyyatına təsiri mövzusuna toxunulduğunu vurğulayıb.
"Ancaq unutmamalı və diqqət etməli olduğumuz vacib bir məsələ var. Bu, Trampın təsiri və gələcəyə yanaşmasıdır".- deyə Baş nazir çıxışında qeyd edib.
“Trampın qəbul etdiyi qərarlar şəxsi maraqlarına xidmət edir və qlobal iqtisadiyyata ciddi təsir göstərir. Bu təsirin qarşısında dünya iqtisadiyyatlarının reaksiya verməsi lazımdır. Artıq bu proses başlayıb” - deyə o, əlavə edib.
Qeyd edək ki, Dünya Hökumətləri Zirvəsi 2025 (WGS 2025) dünən Dubayda öz işinə başlayıb. Sammitə dünyanın müxtəlif bölgələrindən 30-a yaxın dövlət başçısı və lider qatılıb.







