Son dəqiqə

ABŞ

ABŞ-də meşə yanğınlarının “səbəbkarlarından” biri həbs olunub

Bakı, TurkicWorld

Los-Anceles polisi "Kennet" yanğınına səbəb olmaqda şübhəli bilinən bir nəfəri həbs edib.

TurkicWorld xəbər verir ki, bu barədə "News Nation" nəşri yazır.

"Los-Anceles polis idarəsi Kennetdəki meşə yanğınları ilə əlaqədar artıq bir nəfərin polis nəzarətinə götürüldüyünü təsdiq edib.

Məlumata görə, kimliyi açıqlanmayan şəxs Los-Anceles tarixinin ən iri meşə yanğınlarının günahkarı olmaqda şübhəli bilinir.

Qeyd edək ki, "Kennet"meşə yanğınlarının bölgəyə vurduğu ziyan ilkin olaraq 135-150 milyard dollar civarında qiymətləndirilir.

Mövzuya görə xəbərlər