Bakı, TurkicWorld
Moldovanın Kişenyov hava limanına partlayıcı qurğunun qoyulması ilə bağlı xəbərin daxil olmasından sonra yerli polis aeroportda olanları təxliyə edib.
TurkicWorld xəbər verir ki, bu barədə "Pervıy v Moldove" telekanalı məlumat yayıb.
Bildirilir ki, bundan əvvəl də Kişinyov aeroportunda oxşar "bomba həyəcanları" yaşansa da, həmin anonim bildirişlər yalan çıxıb.