Bakı, TurkicWorld
Amerika Birləşmiş Ştatlarının seçilmiş prezidenti Donald Tramp Qrenlandiyanın ABŞ-nin tərkibinə daxil olacağı təqdirdə bölgənin sakinlərinin bundan xeyir görəcəklərini dilə gətirib.
TurkicWorld xəbər verir ki, bu barədə Tramp "Truth Social" sosial şəbəkə səhifəsində yazıb.
"Qrenlandiya – inanılmaz yerdir, o nə vaxtsa bizim ölkənin bir hissəsi olsa sakinləri bunun böyük faydasını görəcək. Biz onu bədbin xarici aləmdən qoruyub-hifz edəcəyik",- deyə Tramp qeyd edib.
Tramp əlavə edib ki, oğlunun yaxın zamanda Qrenlandiyanın gözəl təbiətini, gəzməli-görməli məkanlarını seyr etməsi üçün adaya yollanacağını bildirib.
Xatırladaq ki, ötən il Tramp öz sosial şəbəkə hesabında rəsmi Vaşinqtonun Qrenlandiyanı nəzarətə götürməsinin vacibliyini vurğulamışdı. Onun bu fikri birmənalı qarşılanmamışdı.
ABŞ KİV-nə görə, Tramp hələ ilk prezidentlik müddətində də - 2019-cu ildə Danimarkanın tərkibinə daxil olan və geniş muxtariyyətə malik Qrenlandiyanın satın alınması ilə maraqlanırdı. Danimarka hökuməti bu ideyanın absurd olduğunu bildirərək, belə bir müzakirənin aparılmasını belə rədd etmişdi.