Bakı, TurkicWorld
Belçikada meymun çiçəyi virusunun yeni variantı ilk dəfə Vallon bölgəsində bir xəstədə aşkar edilib.
TurkicWorld xəbər verir ki, Belçika Səhiyyə İnstitutunun (Sciensano) verdiyi məlumata görə, bu yeni variant əvvəlki variantlarla müqayisədə daha yoluxucu hesab olunur.
Hadisənin Təfərrüatlarına görə, xəstə, Afrikada virus simptomları göstərən bir şəxslə əlaqə nəticəsində virusa yoluxub. Yoluxmuş şəxs diaqnoz qoyulmazdan əvvəl özünü təcrid edib.
Ölkə daxilində həyata keçirilən tədbirlər nəticəsində virusun ümumi əhali üçün aşağı riskli olduğu bildirilib.
Yeni variantın daha yoluxucu olması isə diqqət çəkən əsas məqamdır.
Qeyd edək ki, Meymun çiçəyi virusu 2023-cü il avqustun 14-də Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən "ictimai sağlamlıq üçün beynəlxalq narahatlıq doğuran fövqəladə vəziyyət" olaraq elan edilib. Virus əvvəllər Almaniya, İsveç, İngiltərə, ABŞ və bəzi Asiya ölkələrində də müşahidə olunub.