Bakı, TurkicWorld
İranın paytaxtı Tehranda yüksək hava çirkliliyi səbəbindən çərşənbə və cümə axşamı bütün təhsil səviyyələrindəki məktəblər, müəssisə və təşkilatlar tətil edilib.
TurkicWorld xəbər verir ki, bu barədə Tehran bələdiyyəsi açıqlama verib.
Havanın yüksək səviyyədə çirklənməsi səbəbindən Tehranın Firuzköh və Dəmavənd şəhərləri istisna olmaqla, bütün bölgələrində məktəbəqədər, ibtidai, orta və lisey məktəb və universitetləri, həmçinin özəl və dövlət müəssisə və təşkilatları iki gün müddətinə bağlanıb.
Bayram günlərində banklar, sağlamlıq və xidmət mərkəzləri fəaliyyətini davam etdirəcək.
Qeyd edək ki, Tehran Hava Keyfiyyətini Ölçmə Şirkətinin apardığı ölçmələrə görə, bu gün Tehranda havanın çirklənməsi hər kubmetr üçün 158 mikroqram olub. Bu göstərici o deməkdir ki, havanın keyfiyyəti bütün yaş qrupları üçün qeyri-sağlamdır.