Bakı, TurkicWorld
HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə Tehranda öldürülüb.
TurkicWorld xəbər verir ki, bu barədə İnqilab Keşikçiləri Ordusu bəyanat yayımlayıb.
HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə Tehranda iqamətgahında törədilən terror aktı nəticəsində həyatını itirib.
Hücum zamanı Haniyənin mühafizəçilərindən birinin də öldüyü bildirilib.
İran mətbuatında hadisə ilə bağlı təfərrüatların daha sonra açıqlanacağı qeyd edilib.
Məlumat üçün qeyd edək ki, HƏMAS hərəkatı İsmayıl Haniyənin bu səhər İranın paytaxtı Tehranda törədilən hücumda öldüyünü təsdiqləyib.
Hafiz Rufizoğlu