Son dəqiqə

Tehran Hüseyn Əmir Abdullahian İbrahim Rəisi

Tehranda İbrahim Rəisi üçün cənazə namazı qılınacaq

Bakı, TurkicWorld:

İran prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan və onları müşayiət edən şəxslər üçün Tehran Universitetində cənazə namazı qılınacaq

TurkicWorld xəbər verir ki, cənazə namazından sonra İnqilab meydanından Azadi meydanına qədər mərasim keçiriləcək.

Daha sonra Rəisinin cənazəsi Məşhəd şəhərinə aparılacaq.

Qeyd edək ki, 19 mayda İran prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, İranın Ali Liderinin Təbriz üzrə nümayəndəsi Məhəmməd Əli Ali Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhmətini Xudafərindən Təbrizə aparan helikopter vilayətin Vərzəqan rayonunda qəzaya uğrayıb. Qəza nəticəsində 9 nəfər həlak olub.

Mövzuya görə xəbərlər