Son dəqiqə

Fələstin İsrail

İsrail fələstinlilərə məxsus 24 min hektar ərazini ələ keçirib

Bakı, TurkicWorld

İsrail fələstinlilərə məxsus 24 min hektar ərazini ələ keçirib.

TurkicWorld xəbər verir ki, İsrailin maliyyə naziri Bezalel Smotrich, işğal altındakı İordan çayının qərb sahilində 24 min hektar ərazinin ələ keçirildiyini və oradakı bəzi yaşayış məntəqələrini genişləndirmək üçün "dövlət ərazisi" olduğunu açıqlayıb.

İsrail hökuməti və ya baş nazir Benyamin Netanyahunun ofisindən məsələ ilə bağlı heç bir rəsmi açıqlama verilməyib.

İşğal altındakı İordan çayının qərb sahilində 451 min, Şərqi Qüdsdə isə təxminən 230 min israilli Fələstin torpaqlarını qəsb edir.

Beynəlxalq hüquqa görə, İordan çayının qərb sahili və Şərqi Qüdsdəki bu qəsblər qanunsuz sayılır.

Fələstin torpaqlarını qəsb edən israillilər İordan çayının qərb sahilindəki kənd və qəsəbələrə tez-tez hücum edərək işğal altında yaşayan fələstinlilərin həyatını daha da çətinləşdirir.

Qeyd edək ki, 7 oktyabr 2023-cü ildən bəri işğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə Fələstin torpaqlarını qəsb edən İsrail əsgərləri və israillilərin hücumları nəticəsində 167-si uşaq olmaqla 805 fələstinli həlak olub.

Mövzuya görə xəbərlər