Son dəqiqə

Türkiyə Fələstin Rəcəb Tayyib Ərdoğan

Fələstin və Suriya üçün ədalət tələbimiz davam edir - Ərdoğan

Bakı, TurkicWorld

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, 10 Dekabr İnsan Hüquqları Günü münasibətilə yayımladığı mesajda, Birləşmiş Millətlər Təşkilatının Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin qəbul edilməsinin 76-cı ildönümünü qeyd edib.

TurkicWorld xəbər verir ki, Ərdoğan, insan hüquqlarının müdafiəsini iddia edənlərin Fələstində baş verən vəhşiliklərə göz yummasını və ya dəstək verməsini "tarixi ləkə" adlandırıb.

Ərdoğan, Qəzza və işğal altında olan Fələstin torpaqlarında insan hüquqlarının kobud şəkildə pozulduğunu vurğulayaraq, Türkiyənin bu ədalətsizliklərə susmadığını və Fələstin xalqının yanında olduğunu ifadə edib.

Prezident Suriyada uzun illər davam edən vətəndaş müharibəsindən sonra yaranan sülh və sabitlik ümidlərini alqışladığını bildirib. O, Türkiyənin Suriyanın bərpasına və sülhün təmin olunmasına dəstək verməyə davam edəcəyini qeyd edib.

Ərdoğan, islamafobiya, irqçiliyn qlobal təhlükə olduğunu vurğulayaraq, bu cür nifrət cinayətlərinə qarşı mübarizənin qətiyyətlə davam edəcəyini qeyd edib.

O, beynəlxalq sistemin ikili standartlardan azad olunaraq, ədalətli və əhatəli bir yanaşma ilə yenidən qurulmasının zəruriliyini bildirib.

Ərdoğan, mesajının sonunda İnsan Hüquqları Gününün xüsusilə Fələstinli qardaşlara və bütün insanlığa sülh və ədalət gətirəcəyinə ümid etdiyini ifadə edib.

Mövzuya görə xəbərlər