Son dəqiqə

Fələstin İsrail

İsrail işğal altındakı İordan çayının qərb sahilində 22 nəfəri saxlayıb

Bakı, TurkicWorld

İsrail qüvvələrinin işğal altındakı İordan çayının qərb sahilinin müxtəlif şəhərlərinə təşkil etdiyi basqınlarda ən azı 22 fələstinlini nəzarətə götürdüyü bildirilib.

TurkicWorld xəbər verir ki, şahidlərdən alınan məlumata görə, İsrail ordusu başda Cenin və Hebron olmaqla işğal altındakı bir çox şəhərlərə basqınlar həyata keçirib.

Şahidlər Hebronun müxtəlif yerlərində keçirilən reydlərdə çoxlu adamın saxlanıldığını bildiriblər.

Basqınlar zamanı fələstinlilərin evlərinin dağıdıldığı, saxlanılan şəxslərin və onların ailələrinin döyülmə və təhdidlərə məruz qaldığı bildirilib.

Cenin şəhərinin Yabed qəsəbəsindən olan şahidlər həmçinin bildiriblər ki, İsrail qüvvələri bu qəsəbədəki fələstinlilərin evlərinə basqınlar zamanı azı 22 nəfəri saxlayıb.

Qeyd edək ki, 7 oktyabr 2023-cü ildən bəri işğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə Fələstin torpaqlarını qəsb edən İsrail əsgərləri və israillilərin hücumları nəticəsində 167-si uşaq olmaqla 807 fələstinli həyatını itirib.

Qüds də daxil olmaqla, işğal altındakı İordan çayının qərb sahilində fələstinlilərdən ələ keçirilən torpaqlarda qurulan yaşayış məntəqələrində 720 mindən çox israilli yaşayır.

Mövzuya görə xəbərlər