Bakı. TurkicWorld
İki yüksək səviyyəli İsrail rəsmisi Axios-a bildirib ki, İsrail kəşfiyyat rəsmiləri son 24 saatda Suriya ordusunun müdafiə xəttinin gözləniləndən daha sürətli dağılması və dünən Həma şəhərini ələ keçirən suriyalı müxalif qrupların əldə etdiyi “sürətli irəliləyiş”dən təəccübləndiyini bildiriblər.
TurkicWorld bu barədə Arab.AZ-a istinadən xəbər verir.
Adı açıqlanmayan rəsmilərion təxminlərinə görə, Hələbin müxaliflərin əlinə keçməsindən sonra, Suriya ordusunun dağılmasını sürətləndirəcəyini söylədi.
“Əsəd hakimihyyətinin sonu olduqca yaxındır deməyə ciddi əsaslar var”-deyə rəsmilər bildiriblər.
İsrail rəsmiləri bildiriblər ki, müxalif qrupların sürətli irəliləyişi qarşısında İsrail ordusu komandanlığı daxilində təcili məsləhətləşmələr aparılıb.
İsrailin müdafiə naziri Yisrael Katz Suriyadakı hadisələri müzakirə etmək üçün İsrail ordusunun yüksək komandanlığı ilə görüş keçirib. Bundan əlavə, dünən gecə keçirilən İsrail Təhlükəsizlik Kabinetinin iclasında əsasən Suriyadakı vəziyyət müzakirə edilib.
İsrail bir tərəfdən “ekstremist ünsürlərin” Suriyaya nəzarəti ələ keçirməsi, digər tərəfdən isə İran qüvvələrinin Suriyaya daxil olması və digər tərəfdən Tehranın təsirini artırması kimi alternativ ssenarilərdən narahatlığını Vaşinqtona çatdırıb.