Bakı, TurkicWorld
İsrail Hərbi Dəniz Qüvvələri həftə sonu Livanın şimalında, Batrun şəhərinə basqın həyata keçirib.
TurkicWorld xəbər verir ki, bu barədə Amerikanın The Wall Street Journalı (WSJ) məqalə dərc edib.
Məlumata görə, İranın İsrailə cavab olaraq yeni və daha güclü silahlarla təchizat planları olduğu bildirilib
İsrail ordusu, Livanda baş verən basqının görüntülərini ictimaiyyətə təqdim edib. Bu basqın, İsrailin Qəzza Zolağında 43 mindən çox fələstinlinin həyatını itirdiyi və 400 gün davam edən müharibənin davam etdiyi bir dövrdə baş verir. Livandakı şimal cəbhəsi adlanan ərazidə torpaq işğalının 35-ci günüdür.
İsrailin iddiasına görə isə, basqında qaçırılan şəxs Hizbullaha silah göndərməsində iştirak edən Livan donanmasının zabitidir.
Livan hökuməti, İsrailin Batrun şəhərindəki basqınına qarşı Birləşmiş Millətlər Təşkilatına (BMT) rəsmi şikayət ünvanlayıb. Bu basqın nəticəsində Livan dəniz donanması zabiti qaçırılıb. Həmin şəxsin atası isə BMT-nin sülhməramlı qüvvələri (UNIFIL) və Beynəlxalq Qırmızı Xaç Cəmiyyətindən oğlunun xilas edilməsi üçün yardım istəyib.
Bu əməliyyatdan bir neçə saat sonra isə İsrail Suriyanın cənubundakı Dera bölgəsinə basqın təşkil etdiyini elan edib. İsrail ordusunun açıqlamasına görə, Sayda qəsəbəsinə daxil olan xüsusi təyinatlı əsgərlər, uzun müddətdir izlənən və İranın Qolan təpələrinə yönələn əməliyyatlarında iştirak etdiyi iddia edilən Əli Süleyman əl-Asini qaçırıblar.
İsrail ordusu, Əl-Asinin İran adına kəşfiyyat məlumatları topladığına dair iddialar irəli sürüb və basqının görüntülərini yayımlayıb.
Suriyadan bu basqınla bağlı hələ ki, hər hansı rəsmi açıqlama verilməyib, lakin Dəməşq radiosu əməliyyatın yayda keçirildiyini iddia edib.