Bakı, TurkicWorld
BMT ilə növbəti görüş Türkiyə və Yunanıstanın iştirakı ilə keçiriləcək.
TurkicWorld xəbər verir ki, bu sözləri Şimali Kipr Türk Cümhuriyyətinin (KKTC) prezidenti Ersin Tatar BMT baş katibi Quterreş ilə keçirdiyi görüşdən sonra deyib.
Qeyri-rəsmi şam yeməyindən sonra mətbuat mənsublarına açıqlama verən Tatar, Quterreşə 50 ildir federal həll yolu səyləri nəticə vermədiyi üçün, yeni siyasi bir yol təqdim etdiyini bildirib.
KKTC-nin suverenliyi və beynəlxalq statusu təsdiqlənmədən rəsmi danışıqların yenidən başlamayacağını vurğulayan Tatar, naharda bir çox mövzunun müzakirə edildiyini bildirib.
Embarqonun davam etdirilməsinin təsirlərini gündəmə gətirdiyini bildirən Tatar, “BMT baş katibi ilə növbəti görüşün Türkiyə və Yunanıstanın iştirakı ilə keçirilməsi mövzusunda razılaşdıq” deyib.
Prezident Tatar həmçinin Cənubi Kipr Rum Administrasiyasının (GKRY) Lideri Nikos Hristodulidis ilə Kipr adasında görüşərək yeni sərhəd qapılarının açılması məsələsini müzakirə etmək qərarına gəldiklərini və tələblərin məqbul olacağı təqdirdə bunun reallaşacağını bildirib.