Son dəqiqə

Fələstin İsrail

Müsəlmanlara bağlanan məscid yəhudilərə açılıb

Bakı,TurkicWorld

İsrail işğalı altında olan İordan çayının qərb sahilində Hebron şəhərində yerləşən Hərəm-i İbrahim məscidinin 4 gün müddətinə müsəlmanların üzünə bağlanılaraq fanatik yəhudilərin istifadəsinə açılacağı bildirilib.

TurkicWorld xəbər verir ki, məscidin rəhbəri Mutaz Əbu Səninə məscidin İsrail rəsmiləri tərəfindən yəhudilərin Sukkot və Yom Kippur bayramları səbəbilə bağlandığını bildirib.

Əbu Səninə açıqlamasında “fanatik yəhudilər məsciddə rəqs və əyləncə ilə müşayiət olunan Talmud mərasimləri keçirirlər”-deyib.

Həmçinin o, məscidin şənbə günü (12 oktyabr) axşama qədər bağlı qalacağını bildirib.

Yəhudilərin sabahdan başlayacaq Yom Kippur bayramı zamanı Haram-i İbrahim məscidi ilə yanaşı, Məscidül-Əqsa və digər müqəddəs yerlərə də basqınların artacağı gözlənilir.

Hərəmi-İbrahim, Məkkədəki Məscidül-Haram, Mədinədəki Məscidül-Nəbəvi və Qüdsdəki Məscidül-Əqsadan sonra dördüncü müqəddəs məscid sayılır.

Məscidin altındakı mağarada İbrahim peyğəmbərin və onun həyat yoldaşının, İshaq peyğəmbərin, Yaqub peyğəmbərin, Yusif peyğəmbərin və onların həyat yoldaşlarının qəbirləri var.

1967-ci ildə İsrail tərəfindən işğal edilən məscid, Baruch Qoldşteyn adlı fanatik yəhudinin 1994-cü il fevralın 25-də süph nmazı zamanı məscidə etdiyi hücumdan sonra bağlanılıb.

Daha sonra yenidən ibadətə açılan məscid ikiyə bölünərək yarısından çoxu yəhudilərə ibadət yeri olaraq verilmişdi.

Tarixə “Əl-Xəlil Məscidi (Hərəmi İbrahim) qırğını” kimi keçən hücumda 29 fələstinli həyatını itirib, 150-dən çox insan isə yaralanıb.

Məscidin bölünməsindən sonra İshaq peyğəmbərin və həyat yoldaşının olduğu türbələr müsəlmanlara aid olan hissədə, digərləri isə yəhudilərə sinaqoqa çevirmələri üçün verilən bölümdə qalıb.

Bölünmüş bölmələr ildə on gün qarşılıqlı olaraq müsəlman və yəhudi ziyarətçiləri üçün açılır. Müvafiq olaraq, məscid hissəsi yəhudilərin dini bayramlarında yəhudilərə, sinaqoq hissəsi isə müsəlmanların dini bayramlarında müsəlmanların istifadəsinə verilir.

Mövzuya görə xəbərlər