Son dəqiqə

İsrail ABŞ Livan

ABŞ Müdafiə Naziri İsrailə səfər edəcək

Bakı, TurkicWorld

ABŞ-ın müdafiə naziri Lloyd Ostinin Hizbullah ilə gərginliyi müzakirə etmək üçün İsrailə səfər edəcəyi gözlənilir.

TurkicWorld ArabAZ-a istinadən xəbər verir ki, bu barədə ABŞ KİV-lər paylaşım edib.

Qeyd edilib ki, Lloyd Ostin 22-23 sentyabrda İsrailə səfər edəcək.

Adı açıqlanmayan İsrail və ABŞ rəsmilərinə əsaslanan xəbərdə Ostinin İsrailə səfərinin gündəminin Hizbullahla gərginlik olduğu bildirilib.

Xatırladaq ki, oktyabrın 8-dən sərhəddə İsrail ordusu ilə Hizbullah arasında toqquşmalar gedir.

Təl-Əviv rəhbərliyinin Livana genişmiqyaslı hücuma keçə biləcəyi ilə bağlı xəbərlər getdikcə artır.

İsrailin Livana sızaraq peycerləri partlatması nəticəsində Hizbullahla gərginliyin daha da artdığı bildirilib.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər