İsraildə 30 din adamı, hökumətin işğal altındakı Şərqi Qüdsdə yerləşən Əl-Əqsa məscidinə edilən basqınların maliyyələşdirilməsi qərarına qarşı çıxdıqlarını açıqlayıblar.
TurkicWorld xəbər verir ki, bu barədə İsrail KİV "Dini Sionizm Hərəkatı"na aid olan 30 ravvinin İsrailin ifrat sağçı İrs naziri Amiçay Eliyahuya göndərdiyi məktubu yayımlayıb.
Məktubda, İrs Nazirliyinin Əl-Əqsa məscidinə basqınları maliyyələşdirmək niyyətində olduğu qeyd edilib.
Əsrlər boyu baş ravvinlərin Heykəl Dağına (Məscidül-Əqsaya) hətta ibadət üçün belə girişini qadağan olub. Ravvinlər məktubda xatırladıb ki, irs naziri Eliyahunun babası keçmiş baş ravvin Morçai Eliyahu da həmçinin Məscidül-Əqsaya girməyin haram olduğuna dair fətva verənlər arasında olub.
Məscidül-Əqsaya edilən basqınların mövcud statusu heç bir şəkildə dəyişməyəcəyi məktubda ifadə edilərək, Aksanın qəsəbə və ya səyahət turları üçün uyğun bir yer olmadığı vurğulanıb.
"Biz tam əminik ki, babanız keçmiş baş ravvin Morçay Eliyahunun rəhbərliyi ilə gedəcək və nazirliyin Heykəl dağına turlara başlamaq planını ləğv edəcəksiniz" deyə ravvinlər məktubda bildiriblər.
İsrail Dövlət Televiziyası KAN-da avqustun 26-da yayımlanan xəbərdə isə İsrailin ilk dəfə olaraq İsrail İrs Nazirliyi vasitəsi ilə Məscidül-Əqsaya bələdçilik turlarını maliyyələşdirəcəyi bildirilib.
Qeyd edək ki, İsrail İrs Nazirliyi sözügedən turların təşkilində polisdən icazə almaq üçün ifrat sağçı milli təhlükəsizlik naziri İtamar Ben Qvirin ofisi ilə əlaqə saxlayıb.