Bakı, TurkicWorld
Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş, Sakit okeandakı ada ölkələrinin dənizlərdəki suyun səviyyəsinin yüksəlməsinin gətirdiyi təhlükələrlə üzləşdiyinə diqqət çəkib.
TurkicWorld xarici KİV-lərə istinadən xəbər verir ki, Quterreş Tonqa Krallığında keçirilən 53-cü Sakit Okean Adaları Forumunda okean və dəniz suyunun səviyyəsinin artmasının təsirləri haqqında məlumat verib.
İqlim dəyişikliyi ilə əlaqədar okeanlarda suyun səviyyəsinin qalxmasının Sakit okean ada ölkələri üçün ciddi təhlükə yaratdığını bildirən Quterreş, qalıq yanacaqlardan istifadə edərək ətraf mühitə atılan karbon emissiyalarının su səviyyəsinin artımını sürətləndirdiyini qeyd edib.
Quterreş vurğulayıb ki, böyük şirkətlər və inkişaf etmiş ölkələr iqlimlə bağlı razılaşmaları yerinə yetirməli və iqlim dəyişikliyindən təsirlənən ölkələr üçün maliyyəni xeyli artırmalıdır.