Son dəqiqə

ABŞ Cənubi Koreya

ABŞ Cənubi Koreyaya hərbi helikopter satışına razılıq verib

Bakı, TurkicWorld

ABŞ Cənubi Koreyaya 36 ədəd hərbi "Apache" helikopterinin və onlara aid avadanlıqların satışına razılıq verib.

TurkicWorld xəbər verir ki, bu barədə ABŞ-nin Müdafiə Sahəsində Əməkdaşlıq üzrə Agentliyi (DSCA) məlumat yayıb.

Məlumatda bildirilir ki, layihənin ümumi dəyəri 3,5 milyard dollardır. Növbəti mərhələdə yekun icazənin alınması üçün Konqresə müraciət ediləcək.

Mövzuya görə xəbərlər