Son dəqiqə

ABŞ Entoni Blinken Yaxın Şərq

Blinken Yaxın Şərqdəki bütün tərəfləri gərginliyi azaltmağa çağırıb

Bakı, TurkicWorld

Vaşinqton administrasiyası hesab edir ki, Yaxın Şərqdəki bütün tərəflər gərginliyi azaltmaq üçün tədbirlər görməlidir.

TurkicWorld -in məlumatına görə, bu barədə ABŞ dövlət katibi Antoni Blinken Vaşinqtonda Avstraliyanın xarici işlər naziri Penni Vonq ilə görüşdə deyib.

"Sadə bir mesaj göndərmək üçün demək olar ki, gecə-gündüz intensiv diplomatik fəaliyyətlə məşğul oluruq: bütün tərəflər eskalasiyadan çəkinməlidir. Bütün tərəflər gərginliyi azaltmaq üçün addımlar atmalıdır", - deyə o bildirib.

A.Blinken qeyd edib ki, eskalasiya heç kimin maraqlarına cavab vermir: "Bu, yalnız yeni münaqişələrə, zorakılığa, təhlükəsizliyin olmamasına səbəb olacaq".

Mövzuya görə xəbərlər