Bakı, TurkicWorld
Demokratlar Partiyasının prezidentliyə namizədi olmaq mənim üçün şərəfdir.
TurkicWorld xəbər verir ki, bunu ABŞ-nin vitse-prezidenti Kamala Harris "X" sosial şəbəkə hesabında yazıb.
"Bu təklifi növbəti həftə rəsmən qəbul edəcəyəm", - o əlavə edib.
Qeyd edək ki, ABŞ-də prezident seçkiləri bu il noyabrın 5-də keçiriləcək. Respublikaçılar Partiyası 15-18 iyul tarixlərində keçirilən Milli Qurultayda Donald Trampın namizədliyini irəli sürüb. ABŞ prezidenti Co Bayden seçki yarışından geri çəkildiyini açıqlayıb. O, prezident seçkilərində Demokratlar Partiyasının namizədi olaraq vitse-prezident Kamala Harrisi dəstəklədiyini açıqlayıb.