Bakı,TurkicWorld
ABŞ Çinlə münaqişədən qaçmalı və bu ölkə ilə açıq hərbi əlaqə saxlamalıdır.
TurkicWorld xəbər verir ki, bu sözləri ABŞ vitse-prezidenti və dövlət başçısı vəzifəsinə namizəd Kamala Harris deyib.
Harris münaqişəyə can atmağın yanlış olduğunu vurğulayıb.
Onun fikrincə, Vaşinqtonun Pekinlə, xüsusən də hərbi cəbhədə kommunikasiya kanallarını açıq saxlaması zəruridir.
Eyni zamanda o, ABŞ-ın maraqlarını nəzərə almalı və Tayvana özünü müdafiə etməsinə kömək etməli olduğunu vurğulayıb.