Bakı, TurkicWorld
ABŞ-ın vitse-prezidenti Kamala Harris Qəzzada atəşkəs razılaşmasının əldə edilməsində müəyyən irəliləyişlərin əldə edildiyini, lakin real razılaşma əldə olunmasa, bunun “mənasız” olduğunu bildirib.
TurkicWorld ArabAZ-a istinadən xəbər verir ki. Harris bunu qatıldığı televiziya proqramında deyib.
“Biz mümkün qədər tez atəşkəs və girovlarla bağlı razılığa gəlməliyik”-deyə o bildirib.
Harris gələn aya planlaşdırılan prezident seçkilərində keçmiş Respublikaçı prezident Donald Trampla qarşılaşacaq.