Son dəqiqə

BMT Sudan

Sudan əhalisinin yarısından çoxu kəskin aclıqla üzləşib - BMT

Bakı, TurkicWorld

Sudan əhalisinin yarısından çoxu hazırda kəskin aclıqla üzləşir.

TurkicWorld xəbər verir ki, bu barədə BMT-nin mətbuat katibi məlumat yayıb.

Məlumatda qeyd edilib ki, Sudanda əhalinin yarıdan çoxu, yəni 26 milyon insan kəskin aclıqla, o cümlədən 755 min insan fəlakətli vəziyyətlə üzləşir. Sudanda aclıqla bağlı ölüm halları qeydə alınır və yaxın aylarda ölkədə 14 bölgə üçün "aclıq təhlükəsi" elan edilib.

Həmçinin, bildirilib ki, Ümumdünya Ərzaq Proqramı ölkədə daha çox insanın həyatını xilas etmək üçün yardımın həcmini artırmaq və Sudanda milyonlarla insana təcili kömək göstərmək üçün innovativ və effektiv yollar müəyyən etməklə fövqəladə vəziyyətə cavab tədbirlərini genişləndirir.

Mövzuya görə xəbərlər