Bakı, TurkicWorld
Avropa İttifaqında Moskvaya qarşı yeni sanksiyalar paketi çərçivəsində Rusiyadan təzə balıq idxalına məhdudiyyətlər müzakirə olunacaq.
TurkicWorld "Welt" qəzetinə istinadən xəbər verir ki, Baltikyanı ölkələr, xüsusən də Litva yeni məhdudiyyətlərin tətbiqində israrlıdır.
Onlar, həmçinin, Rusiyanın balıqçı qayıqlarının ölkələrinin ərazi sularında balıq tutduğunu iddia edirlər.
Avropa Komissiyasında bu barədə müvafiq müzakirələr iyulun sonundan sentyabrın əvvəlinədək davam edəcək yay tətilindən sonra başlayacaq.
Aİ Balıq Emalçıları və Ticarətçiləri Assosiasiyasının məlumatlarına görə, blok ölkələrinə sənaye balığı idxalının 70 faizdən çoxu Rusiyanın payına düşür. Almaniyada bu rəqəm 85 faizə çatır. Alman Balıqçılıq Sənayesi Federal Assosiasiyasının direktoru Ştefan Meyer qəzetə verdiyi şərhdə deyib ki, ABŞ-dən balıq tədarükü 20 faiz baha başa gəlir və Rusiyadan idxalın dayandırılmasını kompensasiya edə bilməyəcək.